Lənkəranda karantin qaydalarını pozan 14 nəfər cərimələnib, 2-nə cinayət işi açılıb

Lənkəran rayonunda karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb, 14 nəfər cərimələnib, 2 nəfər barəsində cinayət işi başlanılıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində bəzi şadlıq saraylarında təşkil olunan toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların "icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub. Həmin faktlarla bağlı 2 nəfər barəsində cinayət işi başlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























