• $
  • €
  • ₽
  • ₺
  • £

Bu yay necə keçəcək? - Nazirlikdən açıqlama

Bu yay necə keçəcək? - Nazirlikdən açıqlama
26.05.2014 14:12
“İndidən yay üçün proqnoz vermək qeyri-ciddidir və düzgün deyil”Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu yay Azərbaycanda dəhşətli istilərin olacağı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, hər il yay öncəsi internetdə, mətbuatda müxtəlif məlumatlar, çıxışlar yer alır. Azərbaycanda yayın həmişə isti keçdiyini deyən U.Tağıyeva qeyd edib ki, iqlim şəraiti, yerləşdiyi coğrafi mövqeyinə görə yayın isti keçməsi təbii və normal bir haldır: “Amma son illər isti dövrlər daha davamiyyətli olub. Çox güman ki, bu yay fəslində də bu tendensiya saxlanılacaq. Amma daha ətraflı nəsə demək üçün bizim əlimizdə elmi əsaslar olmalıdır. Əgər aylıq proqnoz özünü 60-70% doğruldursa, fəsillik proqnoz vermək nə dərəcədə düzgündür? Nəsə bir dəyişiklik, kəskin istilər gözləniləndə biz mütləq qısamüddətli proqnozlarda 2-3 gün öncədən əhalini məlumatlandırır və temperatur göstəriciləri olduğu kimi əhaliyə təqdim olunur. Ona görə də indi nəsə konkret fikir demək düzgün deyil. Bizim əhali üçün temperaturun yüksəlməsi gözlənilməz olmayacaq. Çünki belə olduğu halda 2-3 gün öncədə bu barədə məlumat veriləcək”. Direktor əlavə edib ki, indidən yay üçün proqnoz vermək qeyri-ciddidir və düzgün deyil. Onun sözlərinə görə, 80-90-cı illərlə müqayisədə son illər Azərbaycanda isti dövrlər daha uzunmüddətli olur. Bütün dünyada bu tendensiyanın müşahidə olunduğunu deyən U.Tağıyeva qeyd edib ki, hansısa isti dövr gözləniləcəksə, bu barədə əhaliyə əvvəlcədən məlumat veriləcək: “Buna görə əhali narahat olmasın. Amma qabaqcadan nəsə demək, belə sensasiyalı xəbərlər vermək düzgün deyil. Yay isti olmalıdır və Azərbaycanda da yay isti keçir”. Qeyd edək ki, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov mətbuata açıqlamasında Azərbaycanda havanın temperaturu ötən ilə nisbətən daha da isti olacağını açıqlayıb. Onun sözlərinə görə, yay mövsümü ərzində 40 dərəcədən yüksək istilərin müşahidə olunacağı ehtimal olunur. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol