• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir
22.07.2021 16:59
Lider mobil operatordan Mediacell abunəçilərinə 5GB hədiyyə


Təməli 22 iyul 1875-ci il Həsən bəy Zərdabinin ana dilində "Əkinçi" qəzetini nəşr etdirməsi ilə qoyulan Azərbaycan mətbuatı bu gün 146 illiyini qeyd edir. Müasir qloballaşma, informasiya-kommunikasiya texnologiyalarının inkişafı dövründə azad və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu cəmiyyət həyatında əhəmiyyətli təsirə malikdir.
 
Ötən il Azərbaycan üçün taleyüklü bir dövrdə - 44 günlük İkinci Qarabağ müharibəsi zamanı yeni tarixin canlı şahidi olub qələmi ilə vuruşan, cəbhə bölgələrindən yorulmadan həqiqətləri ictimaiyyətə çatdıran və zəfər müjdəsini verən media nümayəndələrinin əməyi əvəzsiz olub. 


Ölkənin lider mobil operatoru "Azercell Telecom” MMC ənənəvi olaraq media nümayəndələrinin peşə bayramına özəl hədiyyə hazırlayıb. 22-23 iyul müddətində bütün Mediacell tarifinin istifadəçiləri 1875 açar sözünü 2723 qısa nömrəsinə göndərməklə Azercell-dən hədiyyə qismində 5GB həcmində mobil internet paketi əldə edə bilər. (Ətraflı: https://www.azercell.com/az/personal/campaigns/special-offers/national-press-and-journalism-day-campaign-2021.html).


Qeyd edək ki, Milli Mətbuat və Jurnalistika Günündə Azercell şirkətinin nümayəndələri işğaldan azad edilmiş ərazilərdə vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Məhərrəm İbrahimov və Sirac Abışovun ailələri ilə görüşüb, onların əziz xatirəsini dərin hüznlə yad ediblər.


"Azercell Telekom” MMC Azərbaycan milli mətbuatının əməyini yüksək qiymətləndirir və fəaliyyətini daima diqqət mərkəzində saxlayır!



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol