• $
  • €
  • ₽
  • ₺
  • £

Karantin qaydalarını pozan şadlıq sarayları cərimələnib

Karantin qaydalarını pozan şadlıq sarayları cərimələnib
23.07.2021 23:30
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində 2 şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Goradil kəndi ərazisində fəaliyyət göstərən "Yelkən" və Masazır qəsəbəsindəki "Brilliant" şadlıq saraylarında aparılan yoxlamalar zamanı qonaqların müəyyən edilən say həddindən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib.

Aşkarlanan qayda pozuntuları ilə bağlı "Yelkən" şadlıq evinin icarədarı Kamil İsgəndərov 4000 manat məbləğində cərimə edilib. Yoxlamalar zamanı "Brilliant" şadlıq evinin administratorları Ərəstun Əliyev və Tofiq Rəcəbovun isə COVİD-19 parportlarının olmadığı və bu qayda pozuntularına baxmayaraq fəaliyyət göstərdikləri müəyyən edilib. Bu şəxslər inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

Həmçinin, qeyd edilən şadlıq saraylarında toy məclislərini karantin qaydaları çərçivəsində təşkil etməyən məclis sahibləri də inzibati məsuliyyətə cəlb edilərək 400 manat məbləğində cərimələniblər.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq dövlət orqanları birgə rayon ərazisindəki şadlıq evlərində profilaktik tədbirlər davam etdiriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol