• $
  • €
  • ₽
  • ₺
  • £

"Rəsulzadə və 4-cü hakimiyyət" kitabının təqdimat mərasimi keçirilib

"Rəsulzadə və  4-cü hakimiyyət"  kitabının təqdimat mərasimi keçirilib
23.07.2021 20:00
Bu gün gənc yazar Ağarza  Həsənquliyevin  "Rəsulzadə və  4-cü hakimiyyət"  kitabının təqdimat mərasimi keçirilib.

Anews.az xəbər verir ki, təqdimat mərasimi "Azərkitab” kitab mağazasında baş tutub. 

Təqdimatda  Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasının müəllifi, Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu, Bakı Dövlət Universitetinin müəllimləri Afaq Ağayarova, Samirə Həsənli və bir sıra media nümayəndələri iştirak edib. Kitabda AXC qurucusu Məhəmməd Əmin Rəsulzadə  və onun Azərbaycan mətbuatına bəxş etdiyi töhfələrdən bəhs edilib. Həmçinin sözügedən kitabda  Məhəmməd Əmin Rəsulzadənin  "Mətbuat Azadlığı" məqaləsi fərqli dillərdə öz əksini tapıb.

Ağarza Elçin oğlu Həsənquliyev Bakı Dövlət  Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsidir. "Rəsulzadə və  4-cü hakimiyyət"  kitabı  gənc yazarın ikinci kitabıdır. Bundan öncə onun "Hər yan xatirədir" şeir kitabı işıq üzü görüb. 
 
Ağarza  Həsənquliyev təqdimatda Məhəmməd Əmin Rəsulzadə haqqında araşdırmalarının davamlı olacağını bildirdi. 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol