• $
  • €
  • ₽
  • ₺
  • £

"Azadlıq" Radiosunun əməkdaşı döyüldü

"Azadlıq" Radiosunun əməkdaşı döyüldü
26.05.2014 11:27
AzadlıqRadiosunun müxbiri Elçin İsmayıl İsmayıllı rayonunda təzyiqə məruz qalıb.

Özünün bildirdiyinə görə, o, İsmayıllının Buynuz kəndində sakinlərin şikayəti əsasında çəkiliş edirmiş. Bu zaman ərazidə olan mükligeyimli şəxslərin hücumuna məruz qalıb. Elçin İsmayıla xəsarət yetirən həmin şəxslər onun çəkiliş apardığı kamerasını da sındırıblar:

“Sakinlər mənə şikayət etdilər ki, restoranlar su xətlərinə qanunsuz müdaxilə edir və buna görə də kəndlərə su getmir. Çəkiliş xahiş etdilər. Bu şikayət əsasında mən Buynuz kəndinə çəkilişə getdim. Çəkiliş apardığım obyekt Qəbələnin Tikanlı kəndindən olan Fazil Şəfiyevə məxsusdur. Çəkiliş zamanı onun oğlu və işçisi məni vurdular, söyüb təhqir etdilər. Onlar kameramı alıb qırandan sonra özümə qaytardılar. Məsələ barədə 102 xidmətinə və İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etmişəm”.İsmayıllı Rayon Polis Şöbəsindən 102 xidmətinə məlumat daxil olduğunu AzadlıqRadiosuna təsdiqlədilər. Elçin İsmayıl hazırda İR polis şöbəsindədir, ona faktla bağlı araşdırma aparılacağı vəd edilib.AzadlıqRadiosu xatırladır ki,  mayın 16-da  da – Binəqədi rayonunundakı “DSK-3” metaltökmə zavodununda çəkiliş zamanı, radionun müxbirinə bir qrup adam hücum edərək ona fiziki təzyiq göstərib, jurnalistin kamerasını və mobil telefonunu əlindən almışdılar. AzadlıqRadiosu məsələni araşdırmaq üçün Daxili işlər nazir Ramil Usubova müraciət etmişdi.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol