• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar+” tətbiqi ilə abunəçilər balanslarını avtomatik artıra biləcəklər

“Nar+” tətbiqi ilə abunəçilər balanslarını avtomatik artıra biləcəklər
26.07.2021 17:05
Abunəçilərə öz hesabını daha asan idarə etməyə imkan verən "Nar+” tətbiqi istifadəçilərin gündəlik həyatlarına rahatlıq və çeviklik gətirmək məqsədilə yenilənməkdədir. Artıq balansı artırmaq üçün "Nar” abunəçiləri kart məlumatlarını tətbiqin yaddaşında saxlaya biləcəklər. Eyni zamanda, son yüklənən məbləğ tətbiqin yaddaşında qaldığından sadəcə bir kliklə balansı sürətlə artırmaq olar. Bundan başqa, "Avtomatik ödəniş” hissəsinə daxil olub, günlük, həftəlik və aylıq bölmələrdən birini seçməklə balansın avtomatik artırılmasını təyin etmək olar. Beləliklə, abunəçinin balansı artırması üçün hər dəfə kart məlumatlarını və məbləği daxil etməsinə ehtiyac qalmır. 


Qeyd edək ki, "Nar+” tətbiqi abunəçilərə Çağrı Mərkəzinə müraciət etmədən bir çox mühüm əməliyyatları yerinə yetirməyə imkan verir. Tətbiq vasitəsilə bir neçə saniyə ərzində yeni internet paketini sifariş etmək, tariflər haqqında məlumat əldə edib, ən uyğun tarifə qoşulmaq, mövcud tarifi dəyişmək, hesab üzrə izahlı qaimə əldə etmək, eyni zamanda, vahid platforma üzərindən 5-dək hesaba nəzarət etmək mümkündür. 


"Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar. 


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol