• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik bağçalardakı yenilikləri açıqladı

Nazirlik bağçalardakı yenilikləri açıqladı
26.05.2014 11:12
Təhsil Nazirliyindən özəlləşdirilən uşaq bağçalarının təyinatına görə istifadə edilməsi məsələsinə münasibət bildiriblər. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, ölkə prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli sərəncamına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib: “Bu səbəbdən də neçə məktəbəqədər təhsil müəssisəsinin özəlləşdirilməsi və təyinatına görə istifadə edilməsi barədə Təhsil Nazirliyində heç bir məlumat yoxdur”. Nazirlikdən icma tipli bağçaların, qısamüddətli qrupların fəaliyyətinə də aydınlıq gətiriblər. Nazirlikdən bildiriblər ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycana Birgə Yardım, Müasir Təhsil və Tədrisə Yardım mərkəzləri, BP şirkətinin maliyyə dəstəyi ilə isə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən respublikanın bir neçə bölgəsində təşkil edilmiş icma əsaslı qısamüddətli təlim qrupları fəaliyyət göstərir:“Adı çəkilən icma əsaslı qısamüddətli təlim qrupları özü model sayılır”. Həmçinin bildiriblər ki, icma əsaslı qısamüddətli təlim qruplarının yaradılmasında məqsəd ölkə üzrə məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsinin artırılması və 5 yaşlıların məktəbə hazırlığının təmin olunmasıdır.Məktəbəqədər təhsilin icma və ya ailə tipli forması olan belə məktəbəqədər müəssisələrdə uşaqların yaş həddi məsləsinə də aydınlıq gətiriblər.Respublikada ailə tipli uşaq bağçaları mövcud deyil, yalnız pilot layihə kimi icma əsaslı qısamüddətli təlim qrupları təşkil edilib. İcma əsaslı qısamüddətli təlim qruplarına 3 yaşdan 6 yaşadək uşaqlar cəlb olunur. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol