Göyçayda iki avtomobil toqquşdu

Göyçay rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində, Yuxarı Şirvan kanalı üzərindəki körpüdə qeydə alınıb. Belə ki, 23-BX-956 dövlət nömrə nişanlı "VAZ 2106" və 10-BZ-188 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
www.anews.az
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























