Bərdə sakini həmkəndlisini qətlə yetirib

İyulun 27-i saat 02 radələrində Bərdə rayonu, Dəymədağıldı kənd sakini 1986-cı il təvəllüdlü Elçin Mehdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bərdə Rayon Prokurorluğundan verillən məlumata görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1991-ci il təvəllüdlü Asəf Cabbarovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dəmir küt alət və bıçaqla Elçin Mehdiyevin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Asəf Cabbarov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























