• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda “patı” satan daha 9 nəfər saxlanılıb

Lənkəranda “patı” satan daha 9 nəfər saxlanılıb
27.07.2021 21:30
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və "patı”, "şüşə” kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər rayon sakini saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Anews.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri Zöhrab İbadov, Ramin Abdullayev, Azər Rüstəmov və Sabir Vəliyev saxlanılıb.


Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. S. Vəliyevin həmçinin Lənkəran şəhəri ərazisindəki evlərdən birindən mobil telefon oğurladığı da müəyyən edilib. Həmin mobil telefon S.Vəliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.


Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə rayon sakinləri Ramal Zeynallı, Füqan Qulizadə, Bəhruz Kərimov, Elşad Səfərov və Xalid Məmmədli saxlanılıblar. Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə heroin və metamfetamin, 4 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.


Faktlarla bağlı araşdırma aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol