• $
  • €
  • ₽
  • ₺
  • £

“Aqroservis” ASC-nin 380 mexanizatoru qeydiyyatdan keçib - AÇIQLAMA

“Aqroservis” ASC-nin 380 mexanizatoru  qeydiyyatdan keçib - AÇIQLAMA
27.07.2021 12:47
Liberallaşmadan ötən müddət ərzində (2019-cu ildən indiyədək) fermerlər AKİA xətti ilə verilən dövlət güzəştindən faydalanaraq "Prior Leasing ASC”-dən 3290 ədəd texnika əldə edib.

Bu barədə  anews.az-a açıqlamasında "Aqroservis” ASC -nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova bildirib.
 
”Azərbaycan Respublikası Prezidentinin 19 Dekabr 2018-ci il tarixli "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanının nəticəsi olaraq bu gün kənd təsərrüfatı texnikası bazarı liberallaşdırılıb. Fermer və sahibkarlar istədikləri təchizatçıdan özlərinə lazım olan texnikanı seçərək, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vasitəsilə təqdim edilən 40% dövlət güzəştindən faydalanaraq, istər nağd, istər güzəştli kredit, istərsə də lizinq yolu ilə əldə edə bilir".
 
Cəmiyyət sözçüsü, "Prior Leasing”in regionlarda fəaliyyət göstərən 11 nümayəndəliyi ilə fermerlərə bölgələrdə texnika satışı, satış sonrası servisi təqdim etdiyini də diqqətə çatdırıb.
 
Aytəkin Məmmədovanın sözlərinə görə, "Aqroservis” bu il ölkədə ilk dəfə təqdim etdiyi "AgroUber” platformasında mexanizatorların qeydiyyatına başlayıb və Səhmdar Cəmiyyətin 380 mexanizatoru artıq qeydiyyatdan keçib: 

"Ölkənin 42 rayonunda fəaliyyət göstərən bölmələri və 9 regional nümayəndəliyi vasitəsilə "Aqroservis” fermerlərin kənd təsərrüfatı texnikasına olan tələblərini ödəyir, aqrotexniki qulluq təqdim edir, səyyar gübrə və pestisid satışları həyata keçirir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol