• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsinin sədri fransalı jurnalistlərlə görüşüb

Dövlət Komitəsinin sədri fransalı jurnalistlərlə görüşüb
27.07.2021 17:23
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Diasporla İş üzrə Dövlət Komitəsi və Paris Azərbaycan Evinin birgə layihəsi əsasında ölkəmizdə səfərdə olan fransalı jurnalistlər Alen Romestand və Qregori Herpe ilə görüşüb.
 
Anews.az xəbər verir ki,Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində 1988-1993-cü illərdə qaçqın və məcburi köçkün vəziyyətinə düşən azərbaycanlıların üzləşdikləri çətinliklər, onların problemlərinin həlli ilə bağlı dövlətimizin həyata keçirdiyi tədbirlər barədə qonaqlara ətraflı məlumat verilib. Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqaməti kimi bu kateqoriyadan olan insanlara daim diqqət və qayğı göstərildiyi bildirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsil inkanlarının genişləndirilməsi, sağlamlığının qorunması üçün zəruri iş apardığı qeyd olunub.
 
Qonaqlara 44 günlük Vətən müharibəsindən sonra yaranmış reallıqlar, işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllü və ləyaqətlə həmin ərazilərə qayıdışı üçün görülən tədbirlər barədə də məlumat verilib. Bildirilib ki, Ermənistan otuz ilə yaxın işğal altında saxladığı əraziləri xarabalığa çevirib, Azərbaycan xalqının Şərqi Zəngəzurda və Qarabağda əsrlər boyu yaratdığı maddi-mənəvi irsi məhv etməyə çalışıb. İşğal və onun nəticələri, həmçinin Azərbaycanın hərbi-siyasi qələbəsindən sonra yaranan vəziyyət  barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında nüfuzlu və tanınmış jurnalistlərin obyektiv, dəqiq və qərəzsiz yanaşmasının vacib şərt olduğu vurğulanıb.
 
Fransalı jurnalistlər səmimi görüşə görə təşəkkür edib,  ölkəmizə səfərin məqsədi barədə məlumat veriblər.
 
Daha sonra qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.
 
Görüşdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva iştirak edib.
 
Fransalı jurnalistlər Bakının Qaradağ rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı "Qobu park” yaşayış kompleksində də olublar. Burada onlar məcburi köçkünlərin yaşayış şəraitinə baxıb, "Xarıbülbül” sənət mərkəzindəki iş yerlərinə baş çəkib, doğma yurda qayıtmağa hazırlaşan sakinlərlə söhbətləşiblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol