• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hər 4 nikahdan biri erkən nikahdır

Azərbaycanda hər 4 nikahdan biri erkən nikahdır
25.05.2014 19:00

“Azərbaycanda həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artıb”.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova deyib.

O bildirib ki, rəsmi statistikaya görə, qeydiyyatdan keçən hər 4 nikahdan biri yeniyetmə nikahıdır: “2012-ci ildə rəsmi qeydə alınmış nikaha daxil olanların orta yaşı 79065 olub. Nikaha daxil olan oğlanlardan 5-nin, qızlardan isə 295-nin yaşı 18 yaşa qədər olub.

L. Məmmədova qeyd edib ki, yeniyetmə dövründə nikah böyük risk faktoru sayılır: “Çünki yeniyetmə əlavə psixoloji təsirə məruz qalır. Digər tərəfdən də erkən ailə quran yeniyetmələrin təhsil alması da böyük sual altında olur. Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda verir”.

Yeniyetmə hamiləliyinin tibbi nöqteyi-nəzərdən arzuolunmaz hal olduğunu bildirən L. Məmmədova qeyd edib ki, çox az hallarda yeniyetməlik dövründə hamiləlik və doğuş ana və uşaq üçün fəsadlarla müşayiət olunmur: “Bu yaş qrupunda fəsadlı hamiləlik və doğuşla əlaqədar əlillik göstəriciləri də yüksəkdir. Perinatal fəsadların tezliyi, erkən neonatal ölüm göstəricisi 16-17 yaşlı anaların uşaqları arasında 20-24 yaşlı anaların övladlarına nisbətən iki dəfə yüksəkdir. 

2012-ci ildə rəsmi qeydə alınmış nikahda olan analardan 15- 17 yaş arası olanlar 1533 nəfər, 18-19 yaş arası olanlar isə 13573 nəfər təşkil edib. 15-17 yaş arası olan analarda diri doğulan uşaqların sayı 3236, 18-19 yaş arası olan analarda isə 17101 olub”.

APA

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol