• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə "Rebuild Karabakh 2021" sərgisi keçiriləcək

Azərbaycanda ilk dəfə "Rebuild Karabakh 2021" sərgisi keçiriləcək
28.07.2021 22:30
Oktyabrın 20-22-si tarixində Bakıda 1-ci Azərbaycan "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" (Rebuild Karabakh 2021) sərgisinin keçirilməsi planlaşdırılır.

Bu barədə  sərginin təşkilatçısı olan şirkətdən məlumat verib.

Məlumata görə, sərginin məqsədi müxtəlif ölkələrdən olan şirkətlərin Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirməkdir. Sərgi həmçinin şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platforması yaradacaq.

"Prezident çıxışlarında dəfələrlə qeyd edib ki, Qarabağ bölgəsinin inkişafı ölkə üçün prioritet vəzifədir. Bu baxımdan, Qarabağın zəngin təbii ehtiyatlarını və iqtisadi potensialını nəzərə alaraq, "Rebuild Karabakh 2021” sərgisi geniş iqtisadi fəaliyyət sahələrini əhatə etməyi planlaşdırır və aşağıdakı sektorları təmsil edən şirkətləri sərgidə iştiraka dəvət edir: Banklar və investisiyalar, Təhlükəsizlik, Hasilat sənayesi, Səhiyyə, İnformasiya texnologiyalar, Təhsil, Qida sənayesi, Kənd təsərrüfatı, İnşaat, Yol tikintisi və infrastruktur, Nəqliyyat, Turizm və mədəni irs, Energetika və Ekologiya.

Sərgidə təqdim ediləcək müxtəlif sektorlar tədbiri xüsusən əlamətdar edir və Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələrin bağlanmasına imkan yaradır.

Sərginin keçiriləcəyi 3 gün ərzində iştirakçıları və qonaqları əlavə tədbirləri ehtiva edən maraqlı proqram gözləyir.

Sərgi Qarabağ Dirçəliş Fondu, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol