• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarovdan yeni təyinat

Mikayıl Cabbarovdan yeni təyinat
25.05.2014 10:30

əhsil Nazirliyinin əmri ilə Lənkəran Dövlət Humanitar Kollecinə yeni direktor təyin edilib. 

Qaynar.info-nun  məlumatına görə, kollecdən  APA-nın cənub bürosuna verilən məlumata görə, yeni direktor Lənkəran Dövlət Universitetində (LDU) inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışmış Ruslan Həmidovdur.

Məlumata görə, R.Həmidov 1971-ci ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsini bitirdikdən sonra LDU-nin "Fizika-riyaziyyat" kafedrasında əmək fəaliyyətinə başlayıb. Müəllim işləməklə yanaşı, LDU-da tədris hissəsinin müdiri, kadrlar şöbəsinin müdiri və digər tədris, inzibati-təsərrüfat işlərində çalışıb. 2007-ci ildən LDU-nin inzibati-təsərrüfat işləri üzrə prorektoru idi.

Qeyd edək ki, cari ilin yanvar ayında Təhsil Nazirliyi tərəfindən Lənkəran Dövlət Humanitar Kollecində yoxlama keçirilib. Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə və imtahan sessiyasının müvəffəqiyyətlə başa çatdırılması üçün tələbələrə qarşı hüquqa zidd tələblərin irəli sürülməsinə şərait yaratdığına görə 2012-ci ilin sentyabr ayından Lənkəran Dövlət Humanitar Kollecinə rəhbərlik edən Şaban Şəfiyev tutduğu vəzifədən azad edilib. 

APA

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol