• $
  • €
  • ₽
  • ₺
  • £

Qubernator Zəngilanda “Ağıllı kənd”lə tanış oldu

Qubernator Zəngilanda “Ağıllı kənd”lə tanış oldu
29.07.2021 19:55
ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib.

"Qafqazinfo" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər zamanı qonaqlar "Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.

Rayonun Birinci Ağalı kəndində tikinti sahəsinə gedən ABŞ heyətinə "Ağıllı kənd” layihəsi ilə bağlı təqdimat keçirilib.

Bildirilib ki, "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən 5 komponent üzrə aparılır. Bu komponentlər yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələrini əhatə edir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. "Ağıllı kənd”də evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Qubernator Stitt rəhbərlik etdiyi ştatda istehlak olunan enerjinin xeyli hissəsinin alternativ enerji mənbələri hesabına formalaşdığını deyib, "Ağıllı kənd” layihəsində alternativ enerji mənbələrindən istifadəni yüksək qiymətləndirib, görülən işlərlə yerində tanış olmaq imkanı qazandığına görə məmnun qaldığını bildirib.

Qeyd edək ki, Oklahoma ştatının nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdədir. 
 






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol