Füzuli aeroportunda baş tutacaq ilk uçuşun tarixi AÇIQLANDI

"Füzuli Hava Limanının tikintisinə bu ilin yanvar ayında start verilib. İlkin olaraq burada minatəmizləmə işləri həyata keçirilib".
Anews.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Valeh Əmiraslanov bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində uzunluğu 3 km, eni 60 m olan uçuş enmə zolağının torpaq yatağı çıxarılıb, əks dolu işləri aparılıb, konstruksiya lay-lay verilərək tamamlanıb: "Hazırda uçuş enmə zolağında üst lay deyilən aşınma qatı vurulur. Bunun 1500 metrində, 25 m enində 22,5 m hissəsi tamamlanıb. Digər hissələrdə isə konstruksiyanın alt layının asfalt qatı vurulur. Sükan yoluna asfalt vurulması üçün konstruksiya tələblərinə uyğun olaraq işlər tamamlanıb, yaxın zamanlarda asfalt işlərinə başlanılacaq. Sahəsi 60 min kv.m olan perronda da tamamlanma işləri gedir. Sükan yolunda asfalt işləri bitdikdən sonra paralel perrona da keçəcək. Burada 8 hava gəmisinin dayanması nəzərdə tutulub. Bina və qurğulardan isə terminal binasında işlərin 60-70 faizi tamamlanmaq üzrədir. Metal konstruksiya tam bitib, dam üzlüklə üzlənir. Köməkçi binalar 2 ədəd tutumu 250 kub metr olan, 1 ədəd 500 kub metr olan su rezervləri tam tiklib yoxlanılıb. Müvafiq izolyasiya işləri yerinə yetirilib".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























