• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkə vasitəsilə xarici vətəndaşdan narkotik alan narkotacir saxlanılıb

Sosial şəbəkə vasitəsilə xarici vətəndaşdan narkotik alan narkotacir saxlanılıb
30.07.2021 13:27
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elazə Mustafayeva saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun üzərindən 2 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib.

Polis İdarəsində davam etdirilən əməliyyatlar zamanı müəyyən edilib ki, Elazə Mustafayeva narkotik vasitələri Vüqar adlı şəxsdən alıb. Əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Hacıqabul rayon sakini Vüqar Məhərrəmov saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı 16 qrama yaxın heroin və metamfetamin aşkar olunub.

Vüqar Məhərrəmov ifadəsində qeyd edib ki, sosial şəbəkələrdə birbaşa olaraq tanış olduğu xarici ölkə vətəndaşlarından biri ona qaçaqmlçılıq yolu satmaq məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə göndərib. O, həmin narkotik vasitələri Beyləqan-İmişli yolunun kənarından əvvəlcədən razılaşdırılan yerdən götürərək satmaq məqsədi ilə Bakı şəhərinə gətirib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Vüqar Məhərrəmovun gizlətdiyi yerdən 3 kiloqram 944 qram heroin və 3 kiloqram 503 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elazə Mustafayeva və Vüqar Məhərrəmov istintaqa cəlb olunublar. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol