Rauf Mirqədirova icazə verildi

Həbsdəki “Ayna-Zerkalo” qəzetinin əməkdaşı atasının dəfninə qatılacaq
Həsbdə olan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun atasının dəfnində iştirakına icazə verilib.
ANS PRESS-in məlumatına görə, bunu jurnalistin vəkili Fuad Ağayev açıqlayıb. O qeyd edib ki, cinayət işinin istintaqını aparan müstəntiq İbrahim Ləmbəranski ona zəng edib:
"İndicə müstəntiq İbrahim Ləmbəranski mənə zəng vuraraq bildirdi ki, Rauf Mirqədirovun atasının dəfnində iştirakına icazə verilib".
Qeyd edək ki, "Ayna-Zerkalo” qəzetinin əməkdaşı 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir. İki gün əvvəl isə həbsdə olan jurnalist Rauf Mirqədirovun valideynlərinin evində axtarış aparılıb.
Fuad Ağayev qeyd edib ki, Prokurorluğun ağır cinayətlər üzrə istintaq idarəsi Rauf Mirqədirovun valideynlərinin mənzilində axtarış keçiriblər. Halbuki, R.Mirqədirov həmin mənzildə heç vaxt yaşamayıb.
ANN.Az
























