• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq icra başçısı deputatla bir olub polisi döyən sürücüsündən DANIŞDI - Mənim maşınımda olub

Sabiq icra başçısı deputatla bir olub polisi döyən sürücüsündən DANIŞDI - Mənim maşınımda olub
30.07.2021 22:57
Mirzəyevi tək döyməyib.

Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, hadisə zamanı Xaçmazın keçmiş icra başçısı, hazırda Yeni Azərbaycan Partiyasının yerli təşkilatının sədri olan Şəmsəddin Xanbabayevin Mənsur adlı sürücüsü də orada olub. İddialara görə, keçmiş icra başçısının sürücüsü artıq saxlanılıb.

Qaynarinfo məsələ ilə bağlı Şəmsəddin Xanbabayevlə əlaqə saxlayıb.

- Şəmsəddin müəllim, iddia olunur ki, deputat Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevi döyərkən sürücünüz Mənsur da ona yardımçı olub…

- Deputatın maşını olmayıb, mənim maşınımda gedib. Amma bu maşın xidməti avtomobil deyil. Şəxsi maşındır. Sürücümün hadisədə iştirak edib-etmədiyini bilmirəm.

- Yəni, təsdiqləyirsiniz ki, sürücünüz hadisə zamanı həmin restoranda olub?

- Deputatın maşını olmayıb, mənim şəxsi maşınımda gedib. O restoran da burda yaxınlıqdadır. İcra başçısı olanda samovar tikmişəm ha, bax onun yanında. Orda olub hadisə. Amma sürücünü tapa bilmirəm ki, həqiqəti öyrənib sizə deyim.

- Məlumat yayılıb ki, sürücünüz artıq saxlanılıb…

- Niyə? Günahı nədir?

- İddia olunur ki, o da polis əməkdaşını vurub.

- O, 30 ildir mənim yanımda işləyir. İnandırıram sizi ki, elə adam deyil. İndi saxlayıblarsa, yəqin araşdırıb həqiqəti üzə çıxararlar. Amma yenə də deyirəm, o, davakar adam deyil. Sadəcə deputat mənim maşınımda gedib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol