Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

Quba rayonunda "Şəhidlər" bulağı xatirə-kompleksinin açılışı olub.
Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamla Quba rayonundan 4 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Onlardan 2-si şəhid olub, digər 2 nəfəri isə hərbi xidmətlərini davam etdirir.
www.anews.az
Bulaq rayonun Qam-qam kəndində istifadəyə verilib.
Açılış tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qam-qam kəndi Birinci Qarabağ müharibəsində 4 nəfər - Mübariz Abdullayev, Azad Hidayətov, Xanlar Məmmədov və Münasib Osmanov şəhid verib. Kənd orta məktəbi şəhid Mübariz Abdullayevin adını daşıyır.
Vətən müharibəsində isə kəndin iki sakini - baş gizir Mehrab Niftəliyev və əsgər Elməddin Abdullayev şəhid olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























