• $
  • €
  • ₽
  • ₺
  • £

13 hərbi qulluqçumuzun şəhid olduğu Avqust döyüşləri: 7 il ötür

13  hərbi qulluqçumuzun şəhid olduğu Avqust döyüşləri: 7 il ötür
01.08.2021 11:26
Müstəqil Azərbaycanın hərb tarixinə düşmüş Avqust döyüşlərindən 7 il ötür 

Adalet.az xəbər verir ki, 2014-cü ildə iyulun 31-dən avqustun 1-ə keçən gecə Ağdam və Tərtər rayonları ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində toqquşma baş verib.
Buna səbəb Ermənistanın kəşfiyyat-təxribat qruplarının təmas xəttini keçməyə cəhd göstərməsi olub.

3 gün ərzində davam edən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbi qulluqçusu həlak olub. Bu, 12 may 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra təmas xəttində baş vermiş ən irimiqyaslı toqquşmalardan biridir. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı kiçik gizirlər Elçin Əhmədov, Rahil Hüseynov, gizir İsə Almazov, əsgərlər Elnur İbrahimov, Əli Rəhimov, Qaryağdı Əhmədov, Mustafa Coşqunov, Pərvin Əliyev, Səftər Məmmədov, Sənan Quliyev, Anar Qarazadə, Hüseyn Abdulov və Vüqar Poladov şəhid olublar.
 
Göstərdikləri qəhrəmanlıqlara görə adı çəkilən hərbçilər ölümlərindən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif ediliblər.

 Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol