• $
  • €
  • ₽
  • ₺
  • £

DİN müharibə iştirakçısının iddialarına cavab verdi

DİN müharibə iştirakçısının iddialarına cavab verdi
02.08.2021 18:13
Vətən Müharibəsi iştirakçısı Kənan Aşurov Ağstafa rayon Polis Şöbəsinə gətirilərək orada döyüldüyünü iddia edir. K. Aşurov yaydığı videoda bildirib ki, sözügedən idarədə rəhbərliyin gözü qarşısında, 5 nəfər polis əməkdaşı tərəfindən döyülüb.

Onun sözlərinə görə, rəhbərlik "Bizim nəyimizə lazımdır ki, sən qazisən?!” deyərək ünvanına nalayiq ifadələr işlədib. İddiasına əsasən, bölməyə təcili yardım maşını da çağırılıb.  

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Vətən Müharibəsi iştirakçısının şöbəyə gətirilərək orada döyülməsi və təhqir olunması ilə bağlı məlumat həqiqətə uyğun deyil: 

"İyul ayının 31-də Ağstafa rayon Yenigün kənd sakini Tural Vəliyevin döyülərək müxtəlif bədən xəsarətləri almasında şübhəli bilinən həmin kənd sakini Kənan Aşurov Ağstafa rayon Polis Şöbəsinə dəvət edilib lakin, sonuncu polis əməkdaşlarının qanununi tələblərinə riayət etməyərək cəmiyyət içərisində qeyri-adekvat hərəkətlər nümayiş etdirib. Daha sonra K. Aşurov RPŞ-də öz xuliqanlıq hərəkətlərini davam etdirərək şöbə əməkdaşlarına nalayiq ifadələr işlədərək Vətən Vətən Müharibəsi iştirakçı olduğuna görə etdiyi qanunsuzluqlara göz yumulmalı olduğunu, polisə gətirilməməli olduğunu bildirib və inzibati binadaxidmət göstərən polis əməkdaşlarının xidmətinə mane yaradıb. 

Daha sonra K. Aşurovun anası İlhamə Aşurova da polis şöbəsinə gələrək övladının qeyri-adekvat hərəkətlərini dəstəkləyib və polis əməkdaşlarına nalayiq ifadələr işlədib. Hər iki  şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) maddəsi ilə protok tərtib edilərək məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə hər iki şəxs həmin maddə ilə təqsirli bilinərə, K. Aşurov xəbərdarlıq, İlhamə Aşurova isə 50 manat miqdarında cərimə edilib”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol