• $
  • €
  • ₽
  • ₺
  • £

Etibar Mirzəyev türkiyəli nazir müavini ilə görüşdü - Fotolar+Video

Etibar Mirzəyev türkiyəli nazir müavini ilə görüşdü - Fotolar+Video
03.08.2021 21:25
Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə göndərilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirir.

FHN-in mətbuat xidmətindən Anews.az-a bildiriblər ki, yanğınlarla əlaqədar Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə nazirliyin məsul vəzifəli əməkdaşları da Türkiyədə səfərdədirlər.

Səfər çərçivəsində nazir müavini E.Mirzəyev Marmarisdə Böhranların İdarəedilməsi Mərkəzində Türkiyə Respublikasının daxili işlər nazirinin müavini Mehmet Ersoy ilə görüşüb.

Görüşdə E.Mirzəyev FHN-in yanğın-xilasetmə qüvvələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyəyə gəldiyini deyib. Nazir müavini səfərinin məqsədinin Türkiyəyə yardıma gələn Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin fəaliyyətinin koordinasiyasının təşkili olduğunu vurğulayıb.

E.Mirzəyev Azərbaycan FHN-in qüvvələrinin yanğınsöndürmə istiqamətindəki fəaliyyətindən danışıb. Nazir müavini FHN-in müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupunun da artıq qardaş Türkiyədə olduğunu xatırladaraq, qrupun tərkibi və imkanları barədə ətraflı məlumat verib.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Ersoy göstərilən dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkür edib.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol