• $
  • €
  • ₽
  • ₺
  • £

Baş həkim haqda cinayət işi başlandı

Baş həkim haqda cinayət işi başlandı
04.08.2021 10:46
Saatlı rayon mərkəzi xəstəxanasında saxta əlillik dərəcəsinin verilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. 


Saatlı rayon prokurorluğundan Anews.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Saatlı RMX-nın direktorunun müavini-baş həkimi işləyən Adəm Əliyev baş beyin qan dövranının pozulması xəstəliyinə görə müavinət almaq üçün ona müraciət edən qohumuna kömək etmək məqsədilə xəstəxananın digər vəzifəli şəxsləri ilə birlikdə əlbir olaraq sonuncunun adına tibbi sənədləri saxtalaşdırıb. Belə ki, əmək qabiliyyətinin olmaması vərəqələrində göstərilən xəstəxanaların heç birində ambulator və ya stasionar qaydada müalicə olunmadığı halda bununla bağlı bilə-bilə yalan məlumatlar daxil edərək həmin şəxsə 01.06.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 2 min 976 manat məbləğində pul müavinətinin ödənilməsini təmin edib. 


Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. 


Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri aparılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol