Krımda 2 azərbaycanlı əsgərin meyitinin qalıqları tapılıb

Krımda Böyük Vətən Müharibəsi zamanı həlak olan 2 azərbaycanlı əsgərin meyitinin qalıbları tapılıb. Bu barədə ANN.Az-a Krım Strateji Tədqiqatlar Mərkəzinin əməkdaşı Heydər Mirzə məlumat verib.Həlak olmuş şəxslər barədə məlumatlar belədir:- Xudam Əlişirin oğlu Miriyev - 1924-cü il təvəllüdlü, Azərbaycanın Astraxanbazar rayonunun (hazırda Cəlilabad) Mikayıllı kəndində doğulub. Baş Komandanlığın Ehtiyat Hissəsinin 29-cu əlahiddə minaatan briqadasının 259-cu minaatan alayının minaatanının nömrəsi. O, 26 yanvar 1944-cü il həlak olub. Qalıqlarlar 2014-cü ilin mayın 16-18-də "Adjimuşkay-2014" ekspedisiyası çərçivəsində keçirilən axtarış tədbirlərinin keçirilmə gedişatında aşkar edilib. Ünvan: Adjimuşka qəsəbəsi, Pojarski küçəsi. 12.- Əli-Ağa Ramazan oğlu Süleymanov -1924 təvəllüdlü, Azərbaycanın Xızı rayonunun Qılyazı kəndində doğulub. Baş Komandanlığın Ehtiyat Hissəsinin 29-cu əlahiddə minaatan briqadasının 259-cu minaatan alayının minaatanının nömrəsi. O, 26 yanvar 1944-cü il həlak olub. Qalıqlarlar 2014-cü ilin mayın 16-18-də "Adjimuşkay-2014" ekspedisiyası çərçivəsində keçirilən axtarış tədbirlərinin keçirilmə gedişatında aşkar edilib. Ünvan: Adjimuşka qəsəbəsi, Pojarski küçəsi. 12."Döyüş xidmətlərinə Görə" medalı ilə mükafatlandırılıb (medal üstündən tapılıb). Mərkəzdən verilən xəbərə görə, hər iki döyüşçünün qalıqları çıxarılıb, axtarış aparanlar qalıqları qohumlarına və ya Azərbaycan dövlətinin nümayəndələrinə verməyə hazırdırlar. Amma bunun üçün onların Azərbaycandakı qohumları tapılmalıdır. Ola bilsin, bu şəxslərin yaxınları və qohumları Cəlilabad və Xızı rayonlarında yaşayırlar.Kamal ƏliANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























