• $
  • €
  • ₽
  • ₺
  • £

DİN aktyorun cərimə ilə bağlı iddiasına cavab verdi

DİN aktyorun cərimə ilə bağlı iddiasına cavab verdi
04.08.2021 13:19
Aktyor Emil Musayev özünün iştirakı olmadan polis tərəfindən ona inzibati protokol tərtib edilməsindən şikayətçidir.

Bu barədə "Qafqazinfo”ya müraciət edən Emil Musayev bildirib ki, bir neçə gün əvvəl ona Nərimanov rayonu icra şöbəsindən zəng vurub cəriməsinin olduğunu bildiriblər: "Bu il mayın 7-də Qusarda, bazar adlanan əraziyə yaxın yerdə polis əməkdaşları mənə yaxınlaşıb maska taxmağımı istədilər və bu barədə xəbərdarlıq etdilər. Hadisə yerində haqqımda hansısa protokolun tərtib olunacağını demədilər. Bir neçə gün əvvəl isə xəbər tutmuşam ki, barəmdə 200 manatlıq protokol tərtib olunub.

Bundan əlavə, protokol həmin gün bizə yaxınlaşan polis əməkdaşının adından yox, başqa polis tərəfindən tərtib edilib. Üstəgəl, protokol mənə təqdim edilmədiyi üçün orada qeyd edilən "imza atmaqdan imtina etdi” ifadəsini də yanlış hesab edirəm”. 

"Qafqazinfo” məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyevlə əlaqə saxlayıb. O bildirib ki, vətəndaşın da iştirakı olmadan onun barəsində inzibati protokol tərtib oluna bilər: "Tibbi maskadan istifadəylə bağlı nöqsan aşkarlanarsa, bütün hallarda vətəndaş barəsində elektron inzibati protokol tərtib oluna bilər. Burada hər hansı bir formada qanunvericilik pozuntusu yoxdur. Sanitar epidemioloji və xüsusi karantin qaydalarının pozulmasına görə 211-ci maddənin 2-ci hissəsinə uyğun olaraq tibbi maskadan istifadə etməməyə görə qanunvericiliyə əsasən inzibati tənbeh tədbiri tətbiq edilir. Vətəndaşa bildirilir ki, qanuna əsasən nəzərdə tutulan yerlərdə maskadan istifadə edilməlidir. Şəxs ona edilən xəbərdarlığı və məlumatı qanunvericilik norması kimi qəbul edib. Elə bilib ki, barəsində protokol tərtib olunmayacaq”.  

Elşad Hacıyev əlavə edib ki, bütün hallarda nəzərdə tutulan yerlərdə maska istifadə etməyən şəxslərə protokol tərtib olunur:

"Bundan əlavə, nöqsan aşkarlanıbsa, protokolu sənədləşdirmək üçün vəzifəli şəxslər var. Əgər həmin şəxsin ərazisinə daxildirsə onun tərəfindən inzibati protokol tərtib olunur. Tək sahə rəisi, sahə müvəkkili yox, həm də digər əməkdaşlar nöqsanı aşkarlayıb həmin şəxs barəsində  məlumat verə bilər. Burada da qanunvericilik pozuntusu yoxdur”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol