• $
  • €
  • ₽
  • ₺
  • £

Demokratiyanin və Milli Dəyərlərin Təbliği - İB növbəti təlimini keçirdi - FOTOLAR

Demokratiyanin və Milli Dəyərlərin Təbliği - İB növbəti təlimini keçirdi - FOTOLAR
23.05.2014 17:20

Bu gün Demokratiyanin və Milli Dəyərlərin Təbliği – İB Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “interaktiv təlim sistemini tətbiq etməklə şagirdlərdə vətənpərvərlik hisslərinin aşılanması” mövzusunda növbəti təlimini keçirdi.

Təlim himnimizin səslənməsilə başladı. Sonra təlimçi Rəmziyə müəllimə bildirdi ki, təlim planına uyğun olaraq, biz sizinlə hər qrupa krukulyum sistemi ilə iki təlim kecmişik, eyni zamanda sizinlə birgə Şəhidlər Xiyabanında olmuşuq və biz sizə Şəhidlər Xiyabanındada vətənpərlik ruhunda söhbətlər etmişik. İndi isə bizim sonuncu təlimimizdi. Şagirdlərimiz bu vaxta qədər hazırlamış olduqları esseləri, şeirləri əzbər deyəcək, eyni zamanda vətənpərlik ruhunda verilən suallara cavab verəcəklər. Bundan əlavə şagirdlərimiz Ənvər Məmmədxanlının "Buz heykəl" hekayəsindən hazırlamış olduqları kiçik teatr tamaşasını da təqdim edəcəklər. 

Sonra söz təlimçilərə verildi, şagirdlərdən: Aysel, Anar , Fidan, Kərim Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini söylədilər. Bundan sonra Nərgiz, Nigar, Şəhanə, Elnur “Azərbaycan” şerini əzbər söylədilər. Daha sonra Aylin, Zeynəb, Turqut və digərləri hazırlamış olduqları esseləri oxudular. Sonra söz kiçik səhnəcik hazırlayan şagirdlərə verilidi. Onlar Ənvər Məmmədxanlının hekayəsi əsasında “Buz Heykəl” tamaşasından hazırlanmış səhnəciyi təqdim etdilər. Sonra təlimçi Cavidin vətənpərlik ruhuhda hazırladığı repi alqışla qarşıladılar. Təlimin birinci hissəsi başa çatandan sonra söz Demakratiyanın və Milli Dəyərlərin Təbliği-İ B sədri Əli Cəfərova verildi. Əli bəy ilk öncə iştirakçıları salamladı. Bu günki tədbirdə iştiraklarına görə valideynlərə öz təşəkkürünü bildirdi. Sonra bildirdi ki, təlimi keçirməkdə əsas məqsəd interaktiv təlim sisteminin üstünlüklərini ictimaiyətə göstərmək, məktəb valideyn münasibətlərinin tənzimlənməsini sürətləndirmək, şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etmək və danışıq qabiliyyətlərini inkişaf etdirməkdir. Biz təlimlər nəticəsində bunlara nail olduq. Valideynlər bir daha şahid oldular ki, interaktiv təlim sistemi ənənəvi təlim sistemindən üstündür, bu təlim sistemində şagirdlər özlərini daha sərbəst hiss edir, öz bilik və bacarıqlarını açıq göstərə bilirlər, onlarda idrakın inkişafı prosesi sürətlənir və nitq qabiliyyətləri sürətlənir. Biz qarşımıza qoyduğumuz məqsədə nail olduq. Bundan sonra Əli müəllim, təlimçi Məhəbbət müəllimə və sinif rəhbəri Rəmziyə xanımın iştirakı ilə təlimdə iştirak edən şagirdlərə diplom verildi. Sonda təlimçilərin birgə iştirakı ilə musiqi sədaları altında “Vətən çağırır” mahnısının ifası ilə təlim yekunlaşdı.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol