• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəriqaz" İB- ın rəhbəri vətəndaşların problemlərini dinləmək üçün görüşə getdi

"Azəriqaz" İB- ın rəhbəri vətəndaşların problemlərini dinləmək üçün görüşə getdi
04.08.2021 17:12
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi Suraxanı rayonu, Hövsan qəsəbəsində "Açıq mikrofon” aksiyasına start verib.


Anews.az-ın "Azəriqaz”a istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəldən verilən anonsun nəticəsi olaraq, səyyar qəbul otağına xeyli sayda sakin toplaşmışdı. Vətəndaşlara tam rahat şəkildə imkan yaradıldı ki, problemlərini səsləndirsinlər, görüləcək işlərlə bağlı təkliflərini versinlər. Kifayət qədər səmimi atmosferdə keçən aksiyada bəzi problemlərin icrası üçün yerindəcə göstərişlər verilib.


"Vətəndaş məmnunluğu bizim üçün hər zaman prioritet olub, bundan sonra da bu, bizim prinsipimiz olacaq”- deyən "Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirib ki, qaz xətləri çəkildikdən sonra vətəndaşlar fərdi qaydada "ASAN Kommunal” mərkəzlərinə müraciət edərək, müvafiq sənədləşmə işlərini həll etməlidirlər. Lakin bu işdə şəhid ailələri və qazilərimiz istisna hal olaraq Birliyin imkanlarından yararlana biləcəklər.


"Azəriqaz” İB rəhbərliyinin qəsəbəyə gəlişindən xəbərdar olan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da aksiyaya qoşulub. Eyni zamanda "Azəriqaz” İB yanında İctimai Şuranın sədri Xəyal Bəşirov da prosesi yaxından izləyib.


Bu, Birliyin bu istiqamətdə ilk addımı idi. "Səyyar qəbul otağı”nın növbəti ünvanı dəqiqləşdirilir. Vətəndaşlara əvvəlcədən məlumat veriləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol