Səhiyyə Nazirliyindən rüşvət alan həkim haqda açıqlama

Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədov xəstə yaxınlarından rüşvət alması faktı ilə bağlı xüsusi komissiya yaradılıb. Bunu ANS PRESS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. O, bildirib ki, Səhiyyə Nazirliyi Sabirabad Rayon Perinetal Mərkəzində qeydə alınan rüşvət faktını diqqətdə saxlayır. “Hazırda məsələ ilə bağlı komissiya yaradılıb. Araşdırmalardan sonra faktla bağlı müvafiq tədbirlər həyata keçiriləcək”, deyə A.Qədirli bildirib.Xatırladaq ki, sosial şəbəkələrdə Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədovun xəstə yaxınlarından rüşvət alması ilə bağlı video yayılmışdı.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























