• $
  • €
  • ₽
  • ₺
  • £

Videosu yayılan baş həkim təcili nazirliyə çağırıldı - VİDEO - YENİLƏNİB

Videosu yayılan baş həkim təcili nazirliyə çağırıldı - VİDEO - YENİLƏNİB
23.05.2014 16:35
Rüşvət videosu yayılan Sabirabad rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədov təcili Səhiyyə Nazirliyinə çağırılıb. Bu barədə məlumatı AzNews.az-a mərkəzin əməkdaşları verib. Bildirilib ki, baş həkim heç kimə xəbər vermədən Bakıya yollanıb: “Bircə o məlumdur ki, Vüsal doktor gecəykən Bakıya çağırılıb. Onunla əlaqə yarada bilmirik”.Qeyd edək ki, V.Məmmədovun xəstəxanada çəkilən gizli video sosial şəbəkələrdə səs-küyə səbəb olub. Görüntülərdə Məmmədov xəstənin verdiyi məbləğlə razılaşmır və daha çox pul tələb edir.*******Azərbaycanda doğum zamanı həyatını itirən anaların sayı xeyli artıb. Son günlər mətbuatda yayılan xəbərlərdə ana ölümü ilə bağlı tez-tez adı keçən xəstəxanalardan biri də Sabirabad Rayon Perinetal Mərkəzidir.

Xəstəxanada çəkilən gizli video isə sosial şəbəkələrdə səs-küyə səbəb olub. Belə ki, videoda xəstəxananın direktoru Vüsal Məmmədovun xəstə yaxınlarının biri ilə can "alver"i etdiyi əks olunub. "Qafqazinfo" xəbər verir ki, Vüsal Məmmədov xəstənin verdiyi məbləğlə razılaşmır və daha çox pul tələb edir. Həkimə 200 manat verən xəstə pulunun bu qədər olduğunu, başqa gələri olmadığını söyləyir. Həkim isə qarşılığında həmin pulun xəstənin dərmanlarının və "narkoz verənin" pulu olduğunu deyir. "Əməliyyat etməmişdən əvvəl 500 manat istəsəydim və pulu vermədiyin təqdirdə əməliyyat etməsəydim, nə edəcəkdin?" deyən həkim bu sözləri ilə xəstə yaxınını hədələyir. Vüsal Məmmədov həkimlə halallaşmağın vacibliyini də vurğulamağı unutmur.ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol