Feministlərin Polis İdarəsinin qarşısındakı aksiyası ilə bağlı DİN-dən AÇIQLAMA

Ötən gün bir qrup feminist fəal əri tərəfindən öldürülən Sevinc Məhərrəmovanın qətli ilə bağlı Xəzər rayon Polis İdarəsinin qarşısında aksiya keçirib.
Anews.az xəbər verir ki, onlar sözügedən polis idarəsinin inzibati binasının qapısını qırmızıya boyayıblar. Daha sonra mətbuata açıqlama verən fəallar sözügedən idarənin əməkdaşları tərəfindən saxlanılaraq zorakılığa və təhqirlərə məruz qaldıqlarını iddia ediblər. Onlar Elmir İbrahimov və Pərviz adlı polis əməkdaşları tərəfindən döyüldüklərini və ağır təhqirlərə məruz qaldıqlarını bildiriblər.
"İddialar əsassızdır və həqiqəti əks etdirmir. Heç bir şəxsə bu və ya digər baxımdan təzyiq göstərilməyib”.
Avqustun 3-də 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova əri Füzuli Qarayev tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində qətlə yetirilib. Hələ mart ayında S. Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. Feminist fəallar isə F. Qarayevin həyat yoldaşına işgəncələr verməsinə baxmayaraq hüquq mühafizə orqanlarının bu barədə tədbir görmədiyini bildirirdilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























