• $
  • €
  • ₽
  • ₺
  • £

Turizm sahəsində hökm sürən monopoliya bu sektoru çökdürəcək - Mikayıl Mirzəzadə

Turizm sahəsində hökm sürən monopoliya  bu sektoru çökdürəcək - Mikayıl Mirzəzadə
05.08.2021 18:44
Azərbaycanda təyyarə biletlərinin qiymətlərinin çox baha olması xaricə getmək istəyən soydaşlarımızın da qarşısını kəsir. Bu səbəbdən yerli turistlər yalnız daxili imkanlar hesabına yayı başa vurmağa çalışırlar. Əslində bu, ölkədə turizmin inkişafını sürətləndirmək üçün bir fürsətdir. Lakin turistlər heç də həmişə  bu imkandan  faydalana bilmir. Buna səbəb isə qiymətlərin çox baha olmasıdır. 

Turizm üzrə ekspert Mikayıl Mirzəzadə  bildirir ki, oliqarxlar şəhəri hesab olunan Qəbələ  əsl monopoliyadır. "Dövlət Turizm Agentliyi  ölkə turizminin "yağlı” bölgəsi Qəbələyə nəzarət etmir. Əksər obyektlərin arxasından ya məmurlar çıxır, ya da onların qohumları. Yeni obyekt yaratmaq, işlək mexanizmə gətirmək müşkül məsələyə çevrilib. Turizm obyektlərinin çoxu sahibkar məmurlar tərəfindən idarə olunur. Onların da əksəriyyəti bu obyektləri icarəyə verir. İcarə qiymətləri "əlyandıran” olduğuna görə, hər kəs burada obyekt aça bilmir. Bir sözlə arxasında adamı olmayan şəxs bura sadəcə uzaqdan baxır. Qəbələdə qiymətlər sözün əsl mənasında od tutub yanır",  - deyə Mirzəzadə bildirib.
 
Onun fikrincə, Qəbələ istirahət evlərində bir adam üçün nəzərdə tutulan qiymətə qonşu ölkələrdən biri olan Gürcüstanda iki və daha artıq adam istirahət edə bilər. Dünyanın inkişaf etmiş, öndə gedən turizm obyektlərində belə, qiymətlər Qəbələdən aşağıdır. Qardaş Türkiyədə turizm sektoru böyük inkişaf yolu keçib, bütün müasir imkanlar var, lakin orada da qiymətlərAzərbaycandan  qat-qat ucuzdur.
 
Ekspert hesab edir ki, buna səbəb Azərbaycanın turizm sektorunda sağlam rəqabətin olmamasıdır. 

Məsələn  yerli turistə bir çaydan çay 10AZN-ə təklif edilirsə, xarici turistə bu ən azı 30 manata satılır.  Təbii ki, aldadıldığını görən xarici turistin bura son gəlişi olur.
 
Ekspertin fikrincə,  Dövlət Turizm Agentliyinin nəzarətsizliyi ölkə turizminə ciddi zərbə  vurur. "Agentlik qış yuxusundan ayılıb ölkə turizmin inkişafı üçün addımlar atmasa bu sektor tamamilə çökəcək", - deyə o, əlavə edib. 
 
Adının anonim saxlanmasını istəyən və Qəbələdə  turizm biznesi ilə məşğul olan sahibkar isə bildirdir ki,  qiymətlərin baha olmasına səbəb  bazar iqtisadiyyatının, yəni rəqabətin olmamasıdır. "Bizim ölkədə rəqabətin olmaması hər yerdə özünü belə eybəcər formada göstərir
Qəbələdəki otellərə rəqib olsaydı, qiymətlər belə baha olmazdı. Əslində evlərini kirayə verənlərin qismində rəqiblər artıq var. Amma, məsələ burasındadır ki, onlar da "Qafqaz" otellərinin qiymətlərinə baxıb kiçik fərqlə öz tariflərini tətbiq edir", -  deyə sahibkar bildirdi.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinə müraciət etdik. Agentlikdən bildirdilər ki, 2015-ci ildən turizm şirkətlərinə lisenziya verilməsi dövlət tərəfindən dayandırılıb və qiymətlərin müəyyən edilməsində sahibkarlar sərbəstdirlər. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol