• $
  • €
  • ₽
  • ₺
  • £

Zabit: "Hərbi Dəniz Qüvvələri Azərbaycanın su məkanının daimi müdafiəsinə cavabdehdir”

Zabit: "Hərbi Dəniz Qüvvələri Azərbaycanın su məkanının daimi müdafiəsinə cavabdehdir”
05.08.2021 19:09
"Hərbi Dəniz Qüvvələri Xəzər dənizində Azərbaycanın daimi müdafiəsinə cavabdehdir. Bu və ya digər təhdid, hücum, təhlükə yarandıqda onun qarşısını alır. Həmçinin hərbi donanmamız Xəzər dənizi ərazisindən keçən kəmərin təhlükəsizliyinə də nəzarət edir”.
Bu fikirləri "Report”a açıqlamasında Hərbi Dəniz Qüvvələrinin zabiti Kamil Məmmədov 5 avqust - Hərbi Donanma Günü ilə bağlı danışarkən bildirib.

O, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən də danışıb: "Hərbi Dəniz Qüvvələrinin Vətən müharibəsində uğurla iştirak edən hərbi qulluqçuları hazırda öz xidməti vəzifələrinin icrasını davam etdirirlər".
K.Məmmədov deyib ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunları Hərbi Dəniz Qüvvələrində vəzifələrə təyin olunur: "Məzunlar dərhal hərbi donanmada xidmətə başlayırlar: Hərbi dəniz fakültəsində təhsil alanların sayı tələbata uyğun olduğundan onların müvafiq vəzifələrə təyin edilməsi prosesində çətinlik çəkmirik. Onlar 4 il təhsil aldıqdan sonra Hərbi Dəniz Qüvvələrinin tərkibində zabit kimi xidmətlərini davam edirlər”.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmana əsasən hər il avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü kimi qeyd olunur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol