• $
  • €
  • ₽
  • ₺
  • £

Abituriyentlərin 90%-i 150-dən aşağı bal toplayıb

Abituriyentlərin 90%-i 150-dən aşağı bal toplayıb
23.05.2014 15:00

«Bu il ali və orta ixtisas məktəblərinə I və IV ixtisas qrupu üzrə imtahan verən əvvəlki illərin abituriyentlərinin imtahan nəticələri çox aşağıdır».

 

APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mayın 23-də keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, bu il I ixtisas qrupu üzrə imtahan vermiş əvvəlki illərin 13 minə yaxın məzunun  90%-i 150 baldan aşağı nəticə göstərib: «Bu qrupda abituriyentlərin yalnız 10%-i 150 baldan yüksək nəticə göstərə bilib. IV ixtisas qrupuna sənəd verən abituriyentlər arasında 2 cür kontingent var. Bir kontingent Azərbaycan Tibb Universitetinə hazırlaşır və yüksək nəticə əldə etmək istəyir. Digər kontingent isə yalnız idmançı olmaq istəyir. Bilirəm ki, onlar üçün də yalnız 100 bal toplamaq lazımdır».

 

TQDK sədri qeyd edib ki, IV qrup üzrə 5 minə yaxın abituriyentin nəticəsi də ürəkaçan deyil: «Onların 90%-nin göstərdiyi nəticə 100 baldan aşağıdır. Abituriyentlərin yalnız 10%-i 100 baldan yuxarı nəticə göstərib. Əvvəlki illərin məzunu olmuş abituriyentlər arasında 400, 500, 600 bal toplayan da olub. Orta rəqəmlər onu göstərir ki, imtahanda iştirak etmiş əvvəlki illərin məzunlarının 50%-i imtahanda 50 baldan aşağı nəticə göstərib».

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol