BDU-da tələbələr saxlanıldı

Bakı Dövlət Universitinin 3 tələbəsi polislər tərəfindən həbs edilib.Bu barədə Qaynar.info-ya hadisə yerində olan tələbələr məlumat veriblər.Onların sözlərinə Azad Gənclik Təşkilatının 2 üzvü Sübhan Qəmbərli, Tamerlan Feyzullalı və Hüseyn Qarasulu və Məhəmməd Ədilov polis əməkdaşları tərəfindən BDU-nun həyətində maşına mindirilərək polis bölməsinə aparılıb. Onların konkret hansı bölməyə aparıldığı məlum deyil. Saxlanılmalarının səbəbi 3 gün əvvəl keçirdikləri "Kəsrlərə pul ödəyək" adlı etiraz aksiaydır. Belə ki, tələbələr tərəfindən təşkil olunan aksiyanın "eventin" də bildirilirdi ki, may ayının 19-na kimi tələbələrin semestr ərzində dərslərdə oturan tələbələrin kəsrlərin ödənişini ödəmək üçün vaxt verilib: "Biz də öz üstümüzə düşəni edirik. May ayının 19-u Bakı Dövlət Universitetinin əsas korpusunun qarşısında saat 13:40 "qəpik" aksiyası keçirdirik. Belə ki, universitetin həyətində, əsasəndə korpusların, hətta, əsas korpusunun qarşısında yolunuzla gedərkən yerə qəpik ataraq bu məsələylə bağlı öz fikrinizi bildirə bilərsiniz. Xatırladıram ki, qəpiklər 1-3-5 və 10 qəpik ola bilər. Əgər daha iri məbləğdə yardım etmək istəsəniz buyurun"-deyə bildirilirdi.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























