Ağacları məhv edən şirkət cəzalandırılıb

Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.
Bu barədə Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.
O qeyd edib ki, sözügedən ünvanda yaşayış binasının tikintisi zamanı ağacların "Azenteroil” MMC tərəfindən məhv edildiyi məlum olub:
"Faktla bağlı MMC barəsində akt və protokol tərtib edilib, şirkətin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Nərimanov Rayon Məhkəməsinə göndərilib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























