Sabah hava necə olacaq?

Bakı və Abşeron yarımadasında mayın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Cənub küləyi əsəcək, arabir güclənəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 15-20, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında mayın 24-də hava şəraitinin gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 13-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























