• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda monitorinq edilən şənlik mərasimlərinin sayı 2 minə yaxınlaşıb

Azərbaycanda monitorinq edilən şənlik mərasimlərinin sayı 2 minə yaxınlaşıb
07.08.2021 22:30
Şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkili məqsədilə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət qruplar müvafiq məkanlarda monitorinqləri davam etdirirlər.

Bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, araşdırmalar zamanı monitorinq aparılan obyektlərin əksəriyyətində karantin şərtlərinə əməl olunduğu, lakin bəzi şadlıq saraylarında müəyyən olunmuş tələb və qaydaların pozulduğu aşkar edilib.

Növbəti monitorinqlər zamanı da şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib. Bu, əsasən, tədbirə gələn qonaqlar üçün tətbiq olunan say məhdudiyyətinin pozulması, qonaqların üzərində COVID-19 pasportu və ya immunitet sertifikatının olmaması ilə bağlıdır. Bir sıra hallarda isə icaze.e-gov.az portalına müvafiq məlumatların düzgün daxil edilməməsi faktları də qeydə alınıb. Monitorinq qruplarının məkan və toy sahibləri ilə apardığı izahat işlərindən sonra pozuntular aradan qaldırılıb, mərasimlərin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları yeni ailə quranlara hədiyyələr təqdim edib.

Bu günə qədər 1 900-dən çox obyektdə keçirilən şənlik mərasimlərində monitorinqlər aparılıb, şənliklərdə iştirak edən 230 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb.

Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların bir daha nəzərinə çatdırılır ki, müəyyən edilmiş qayda və şərtlərə ciddi əməl olunmalıdır.
 
Məkan sahibləri şənlik məclislərini müvafiq portalda əvvəlcədən qeydiyyata salmalı, zalların ölçüsünə uyğun qonaq qəbul edilməsinə xüsusi diqqət yetirməlidirlər. Tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün qonaqların say məhdudiyyəti faktoru nəzərə alınmalı, məclis iştirakçılarının müvafiq sənədlərə malik olması əvvəlcədən dəqiqləşdirilməlidir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol