Fransalı jurnalist Azərbaycandan yazdı

Azərbaycanda səfərdə olmuş fransız tarixçi və jurnalist Alən Rumestanın Fransanın "Causeur” portalında "Qarabağa qayıdış: Azərbaycan geniş yenidənqurma planının icrasına başlayır” sərlövhəli məqaləsi dərc edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Anews.az-a verilən məlumata görə, xarici səyyahların Azərbaycana gəldikdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında "Qarabağ, Azərbaycandır!” şüarı yazılmış nəhəng rəqəmsal lövhə ilə qarşılandıqlarına diqqəti çəkən müəllif ötən ilin sentyabr-noyabr aylarında Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ona məxsus olan və uzun illər işğal altında saxlanılmış torpaqlarını azad etdiyini xatırladıb.
Məqalədə Qarabağda yeni infrastrukturun qurulması, Şuşada artıq bərpa-quruculuq işlərinə başlanılması, müharibə zamanı Azərbaycanın dahi şəxsiyyətləri Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün güllələnmiş büstlərinin bura qaytarıldığı, xarici ölkələrdən çoxsaylı nümayəndələrin Azərbaycanın qədim Şuşa şəhərinə səfər etməsi, döyüşlərin izlərinin qaldığı Şuşada olarkən azərbaycanlıların kövrəldikləri, 2010-cu ildən Fransa vətəndaşlığı olan Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın 28 il sonra doğulduğu Qubadlı rayonunun Xanlıq kəndini ziyarət etdiyi, lakin öz ata evinin yalnız izlərini tapdığı, habelə yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmağı, sülh və təhlükəsizlik şəraitində yaşamağı arzuladıqları və sair nəzərə çatdırılıb.
O cümlədən, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, Fransadakı keçmiş səfiri Elçin Əmirbəyovun və digər şəxslərin fikirlərinə yer verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























