FHN Qəbələdəki yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Qəbələ şəhərində açıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
Anews.az xəbər verir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
***
Qəbələ rayonu, Qəbələ şəhərində açıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb, yanğının yayılma təhlükəsi yoxdur.
İlkin məlumata əsasən, təqribən 2 ha sahədə quru ot, kol-kos və məişət tullantıları yanır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























