• $
  • €
  • ₽
  • ₺
  • £

Amfibiya təyyarəmiz Türkiyədə 76 uçuş həyata keçirib - Fotolar+Video

Amfibiya təyyarəmiz Türkiyədə 76 uçuş həyata keçirib - Fotolar+Video
09.08.2021 21:50
Meşə yanğınları ilə mübarizə məqsədilə Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarında uğurlu fəaliyyətlərini davam etdirirlər.

"Qafqazinfo” xəbər verir ki, FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev mətbuat konfransında Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti və əldə edilən nəticələr barədə ətraflı məlumat verib.

O bildirib ki, yanğınsöndürmə, mühüm əhəmiyyətli ərazilərin yanğından mühafizə əməliyyatları zamanı effektiv qarşılıqlı əlaqənin təşkili məqsədilə Muğla orman koordinasiya və Marmaris kriz mərkəzləri kimi əsas və mobil qərərgahlar təşkil edilib.

Qeyd edib ki, əsasən mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilən yanğından mühafizə və yanğınsöndürmə əməliyyatları zamanı yerli qüvvələrlə birgə fəaliyyət göstərilib və FHN-in yanğınsöndürmə və xilasetmə bölmələri əməliyyat şəraitini tam nəzarətə götürmək məqsədilə gecə saatlarında da fəaliyyətlərini davam etdiriblər.

Eyni zamanda, yanğınsöndürmə, soyutma, ağacların kəsilməsi ilə mühafizə zolağının yaradılması və mühüm obyektlərin yanğından qorunması tədbirlərinin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz əməliyyatlar aparılmaqdadır.

General-leytenant Etibar Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin ümumilikdə Türkiyənin 14 yaşayış məntəqəsində uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Yanğınsöndürmə əməliyyatlarına cəlb edilən FHN-ə məxsus "BE-200ÇS” tipli amfibiya təyyarəsi 76 dəfə uçuş həyata keçirməklə yanğın sahələrinə 615 ton, helikopter isə 134 dəfə uçuş həyata keçirməklə 332.5 ton su töküb.
 
 



















www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol