• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda su xəttinə qanunsuz qoşulma ilə bağlı cinayət işi açılıb

Bakıda su xəttinə qanunsuz qoşulma ilə bağlı cinayət işi açılıb
10.08.2021 12:09
Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə prokurorluq orqanları tərəfindən bu sahədə mövcud hüquqpozmalarla mübarizəyə yönəlmiş tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 yaşayış massivində su təchizatı şəbəkəsinə qanunsuz qoşulma faktına dair "Azərsu” ASC-dən daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin, rayon prokurorluqlarının və "Azərsu” ASC-nin əməkdaşlarının iştirakları ilə qeyd edilən əraziyə baxış keçirilərək araşdırma aparılıb.

Aparılmış araşdırmalarla qeyd edilən ərazidə yerləşən 10 ədəd yaşayış evinin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "Bakıelektrikşəbəkə”yə məxsus 35kV-luq yarımstansiyanın önünüdə yeraltında mövcud su xəttinə qanunsuz qoşulmaları və bunu qanuniləşdirmək məqsədilə hər biri 268 manat olmaqla ümumilikdə 2 min 680 manat məbləğində pul vəsaitini Xəzər Sukanal İdərəsinin işçisi Hüseynov Elvin Şahgəldi oğluna vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması İstintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol