• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyxin sirri açıqlandı - VİDEO

Şeyxin sirri açıqlandı - VİDEO
23.05.2014 10:11
Qafqaz Müsəlmanları İdarəsindən yas çadırlarının ləğvi təklifinin səbəbləri üzə çıxdı. ANN.Az-ın ANS PRESS-ə istinadla verdiyi xəbərə görə, ehtimal olunur ki, yas çadırları radikal qruplaşmaların nəzarətində imiş.Bir müddət öncə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin yas çadırlarının yığışdırılması ilə bağlı verdiyi təklifin əsas səbəbi bəlli oldu. Düzdür yas çadırlarının yığışdırılması məsələsi mollaların məclislərdə çox oturması, çadırların küçələrdə qurularaq gediş-gəlişə mane olması, bu çadırların qurulmasına xərclənən vəsaitin yas sahibinin cibinə zərər vurması və s. kimi bir çox səbəblərlə əsaslandırılırdı. Əldə etdiymiz məlumata görə, bunun əsas səbəbi isə çadırların radikal dini cərəyanların nümayəndələrinin toplanması üçün əlverişli məkana çevrilməsidir.Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Hacı Salman Musayev deyir ki, bəzi çadırlar var ki, onlardan radikal yönümlülər istifadə edir:“Müəyyən saatdan sonra yas mərasimini bitirmək lazımdır. Sonra hərə öz işinə, gücünə getməlidir, bu, Quranda da buyrulub”.Təkliflərdə yas mərasimlərinin məscidlərdə, yaşayış evlərinin yaxınlığında xeyir-şər üçün nəzərdə tutulmuş yerlərdə keçirilməsi göstərilib. Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini deyir ki, bu məkanlarda mərasimin hansı din xadimi tərəfindən aparıldığına və onun dini söhbətlərinə nəzarət etmək mümkündür.Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin sözlərinə görə, molla orada nədən danışır, kimi hansı cərəyana cəlb edirlər, bunlar çox vacibdir. Elə çadırlarda nəzarət mümkün deyil. Kim istəsə, gəlib girir, orda istədiyini edə bilir.Əgər yas mərasiminin keçirilməsi üçün yaxınlıqda məscid və ya xeyir-şər evi yoxdursa, bu zaman çadır kimsəyə mane olmamaq şərtilə neytral ərazilərdə qısa zaman ərzində qurula bilər. Hər halda Qafqaz Müsəlmanları İdarəsinin təklifi müzakirə obyektidir və idarə də əhalinin bu təklifə müsbət reaksiya verəcəyinə inanır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol