• $
  • €
  • ₽
  • ₺
  • £

“ASAN xidmət”dəki uzun növbələrlə bağlı açıqlama

“ASAN xidmət”dəki uzun növbələrlə bağlı açıqlama
10.08.2021 17:54
Sosial şəbəkələrdə "ASAN xidmət” mərkəzlərinin qarşısında uzun növbələrin yaranması ilə bağlı görüntülər yayılıb.

Yasamal rayonunda yerləşən 3 saylı "ASAN xidmət”in qarşısında çəkilmiş görüntülərdən də aydın olur ki, pandemiya şəraiti olmasına baxmayaraq, əhali arasında sosial məsafə gözlənilmir, pandemiya qaydaları pozulur. 

Məsələ ilə bağlı qurumdan "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, "ASAN xidmət” mərkəzlərinin gündəlik iş rejimi, xidmətlərin göstərilmə müddəti və xidmətlər üzrə müraciətlərin sayı nəzərə alınmaqla "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzləri daxilində vətəndaş axınının və sıxlığının idarə olunması Nazirlər Kabinetinin koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınmasına dair tədbirlər haqqında müvafiq qərarlarına uyğun olaraq tənzimlənir:

"Koronavirusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində  hazırda "ASAN  xidmət” və "ASAN Kommunal” mərkəzlərində xidmətlər həftənin bazar ertəsi – cümə günləri həyata keçirilir, şənbə və bazar günləri qeyri-iş günüdür. Buna baxmayaraq, vətəndaşlar həftə sonu mərkəzlərə müraciət edərək yalnız hazır sənədlərin götürülməsi xidmətindən yararlana bilərlər. Araşdırmalar nəticəsində müəyyən edilib ki, hazır sənədlərinin həftə sonu hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşların 70-80%-i həmin günlər deyil, növbəti həftənin əvvəli mərkəzə müraciət edirlər. Bu isə öz növbəsində vətəndaş axının idarə olunmasında çətinliklər yaradır”. 

Xidmətdən həmçinin bildirilib ki, statistik göstəricilərə əsasən demək olar ki, onlayn növbə götürmüş vətəndaşların 30 %-i xidmətə müraciət etmirlər: "Vətəndaşlarımızdan xahiş olunur ki, "ASAN növbə” mobil tətbiqində növbə götürüb, lakin hər hansı səbəbdən mərkəzə gələ bilmədikdə növbədən imtina etsinlər. Vətəndaşlarımıza tövsiyə olunur ki, əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaq, heç bir növbə gözləmədən xidmətlərdən yararlanmaq məqsədi ilə "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinə müraciət etməmişdən öncə onlayn növbə götürsünlər. Bir daha bildiririk ki, mərkəzlərə müraciət edən zaman vətəndaşlarımızdan COVID-19 pasportu  tələb olunmur və bununla əlaqədar heç bir ajotaja ehtiyac yoxdur”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol