• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid atası 69 şəhidin xatirəsini əbədiləşdirdi

Şəhid atası 69 şəhidin xatirəsini əbədiləşdirdi
10.08.2021 19:06
Bu gün Vətən müharibəsi şəhidi İqbal İlqar oğlu Astanlının 24 yaşı tamam olur.

"Qafqazinfo” xəbər verir ki, şəhidin doğum günündə onun sakini olduğu 8 mart küçəsində Biləsuvardan olan 69 şəhidin xatirəsi əbədiləşdirilib. Şəhid atası İlqar Astanovun təşəbbüsü və daxili imkanları hesabına ərsəyə gətirdiyi komleksdə İqballa yanaşı, Vətən Müharibəsində şəhid olmuş digər 68 biləsuvarlı şəhidin də fotoları və onlar haqqında məlumat lövhəsi yer alıb. 
Açılış tədbirində şəhidin doğmaları ilə yanaşı, onun döyüş yoldaşları, şəhid valideynləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Sonra şəhid valideynlərinin iştirakı ilə Xatirə kompleksinin ağ örtüyü götürülüb, şəhid İ.Astanlının ad günü münasibətilə səmaya 24 göyərçin buraxılıb və ad günü tortu kəsilib. 

Qeyd edək ki, Astanlı İqbal İlqar oğlu 1997-ci ilin bu günü Biləsuvarda anadan olub.  O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanan İqbal, cəbhə bölgəsində "N” saylı hərbi hissələrdə kəşfiyyat bölüyündə həqiqi hərbi xidmət keçib. Vətən müharbəsində Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olub.  Göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü” medalı ilə təltif edilib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol