Əri Məhəbbət Vəliyevanı məhkəməyə verdi

Bu ilin fevral ayında səhhəti ilə bağlı tutduğu vəzifədən azad olunan sabiq Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva həyat yoldaşı tərəfindən məhkəməyə verilib.
Anews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Namiq Vəliyevin iddiası əsasında həyat yoldaşı M.Vəliyevadan Yasamal rayon Məhkəməsinə şikayət olunub.
Şikayətdə ər arvad arasında əmlakın bölüşdürülməsi və digər məsələlər yer alır.
Qeyd edək ki, M.Vəliyeva bu ilin fevralında vəzifəsindən azad edilib. Təhsil Nazirliyi onun səhhətində yaranan problemlərə görə işdən ayrıldığını bildirsə də, yerli media Vəliyevanın hicab taxdığı üçün vəzifədən uzaqlaşdırıldığını yazmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























