Avqustdan Azərbaycana dünyanın 29 ölkəsindən turist gələ bilər

2021-ci ilin avqustundan Azərbaycana dünyanın 29 ölkəsindən turistlərin gəlməsinə icazə veriləcək, bunu Anews.az Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.
"Avqustdan etibarən Azərbaycana 29 ölkə vətəndaşının gəlməsinə icazə veriləcək. Bunlar əsasən Şimali Amerika, Avropa və Yaxın Şərq ölkələrinin vətəndaşlarıdır. Bu ilin iyununda Azərbaycana gələn vətəndaşların sayı da ötən ilin eyni ayı ilə müqayisədə iki dəfə artıb", - deyə Quluzadə bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin sonunadək turist dövriyyəsinin həcmi həm Azərbaycanda, həm də dünyada veriləcək qərarlardan asılıdır. "Vaksinasiyanın səviyyəsi və sərhədlərin açılması burada əsas rol oynayır. Nə qədər uğurlu vaksinasiya prosesi aparılsa bu turizmin bərpasına da təkan verəcək. Proqnozlara görə, qlobal turizm 2019-un göstəricilərinə 2023-cü ildən etibarən yaxınlaşmağa layacaq. Qlobal turizmin tam bərpası beynəlxalq mütəxəsislərin fikrincə, 2025-ci ilə təsadüf edəcək", - deyə DTA rəsmisi əlavə edib.
Azərbaycandan Türkiyəyə gedənlərin sayı da artıb. Belə ki, bu ilin iyununda gedən turistlərin sayı 29 min nəfər, 2019 -cu ilin iyununda isə - 1 min nəfər təşkil edib.
Onun sözlərinə görə, 2021-ci ilin sonunadək turist dövriyyəsinin həcmi həm Azərbaycanda, həm də dünyada veriləcək qərarlardan asılıdır. "Vaksinasiyanın səviyyəsi və sərhədlərin açılması burada əsas rol oynayır. Nə qədər uğurlu vaksinasiya prosesi aparılsa bu turizmin bərpasına da təkan verəcək", - deyə DTA rəsmisi əlavə edib.
Samirə Əli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























