“Aspirinin yan təsiri vaksindən daha çoxdur”

"Aspirinin yan təsiri vaksindən daha çoxdur, amma onu rahatlıqla qəbul edirik”
"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Klinik Diaqnostik Laboratoriyasının şöbə müdiri, tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi Yavər Hacısoy bildirib.
"Bütün infeksiyaların profilaktikasında peyvəndləşmə hər zaman bir nömrəli rol oynayıb. Koronavirusa qarşı peyvəndləşmənin əhalidə bu qədər qorxu yaratması isə sadəcə təəssüf doğurur. Axı bütün dünyada, eləcə də Azərbaycanda hər bir insan anadan olan kimi mütləq şəkildə bəzi xəstəliklərdən peyvəndlənir. Bu proses yetkinlik yaşına qədər davam edir. Amma bu zaman "peyvəndlərdən qorxuram”, "bu vaksin məni öldürəcək” kimi yanaşmalar görmürük. Koronavirus pandemiyası dövründə bəzi insanların ortaya atdığı əsassız fikirlər insanların, cəmiyyətin beyni qarışdırır”.
Yavər Hacısoy bildirir ki, vaksinlərin fəsadları, yan təsiri ilə bağlı qorxular əsassızdır. Çünki müasir dövrdə yan təsiri olmayan hansısa preparat yoxdur:
Yavər Hacısoy vaksinlərin allergiya vermə ehtimalını təbii hal sayır. Çünki istənilən antibiotikin kiçik dozası bəzi orqanizmlərdə allergik hal yarada bilər. Vaksin isə mikrobun öldürülmüş bir hissəsi olduğuna görə, bədənin ona da allergiya verməsi ola bilər: "Təbii ki, bu fərdi xarakter daşıyır. Vaksinin kimdə allergiya verə biləcəyini əvvəlcədən təyin edən analiz yoxdur. Ona görə də vaksinasiya aparılan bütün məntəqələrdə gözləmə otaqları, şok otaqları yaradılıb. Peyvənd preparatının kiməsə yan təsiri olacaqsa ilk 30 dəqiqə ərzində ola biləcəyi ehtimalını nəzərə alaraq, peyvənd olunanlar bu müddətdə gözlədilməlidir".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























